Kosmos

Bir sənətkarın gözündə Günəş sisteminin doğuşu.

Kosmos və ya kosmik fəzaYerin atmosferindən kənarda və digər kosmik cisimlər arasında yerləşən, amma kosmik cismlər istisna olmaqla kainatın geri qalan hissəsində sonsuz olduğu düşünülən boşluğa verilən addır. Orta istiliyi −271 °C, mütləq sıfır nöqtəsi isə −274 santiqrad dərəcədir. Atmosfer ilə kosmos arasında qəti bir sərhəd yoxdur, lakin Yerin atmosferi yuxarı doğru qalxdıqca incəlməkdədir. Kosmosda təxminən milyardlarla qalaktika olduğu ehtimal edilir. Bu təxmini qalaktikaların içərisində təxminən milyonlarla ulduz sistemi, planetlərasteroidlər var. Fizik Karl Saqanın "Kosmos" kitabında yazdığı kimi universal atom sabiti 1088 qədərdir yəni 10 üstü 88-dir, Karl Saqana görə kainatda təxminən 1-in yanında 88 sıfır dənə atom var (on oktoviqintilyon). Bu formada bir hesablama və insanlığın bildiyi hər növ qalaktika kosmik fəzanın böyüklüyünü sübut edir. Albert Eynşteynin Nisbilik nəzəriyyəsinə görə kosmos elastik bir toxumaya malikdir. Cismlərin bu elastik toxumanı bükmələrindən dolayı cazibə qüvvəsinin olduğunu irəli sürən bir nəzəriyyədir. Kosmosda zaman anlayışı yoxdur. Zaman bizim qavrayışlarımız ilə yaratdığımız bir anlayışdır.

Kosmos qaranlığı, böyüklüyü, hadisələri ilə maraqlı, qarmaşıq və araşdırmaya dəyər olmuşdur. Bu səbəbdən insanlar hər dövrdə kosmosla maraqlanıb və davamlı kosmosu araşdırmaq üçün ixtiralar hazırlamışlar. Teleskop bu sahədə çox önəmli bir alətlərdən sadəcə biridir. Dövrlər ötdükcə insanlar daha güclü teleskoplarla kosmosu araşdırmış, kosmos haqqındakı məlumatlarını artırmışlar. Beləliklə marağını aradan qaldırmağa başlayan insanlıq bununla kifayətlənməyib uçaraq daha çox məlumat toplamaq istəmişdir. İnsanlığın uçmağı kəşf etməsi ilə Yeri əhatələyən yaxın kosmos haqqındakı məlumatlar, daha da artmağa başladı. Nəhayət güclü raket silahları, süni peyklər, Aya pilotlu və pilotsuz raketlər göndərilməsi, süni peyklərin inkişaf etdirilməsi, çox güclü radio teleskoplar ilə kosmosun dərinliklərinin araşdırılması, XX əsrin ikinci yarısında insanlığın kosmos haqqındakı məlumatlarını önəmli səviyyədə genişlətdi. Həmçinin insanlar kosmosu araşdırmaq üçün "Astronomiya" elmini yaratdı.

Həmçinin nəzəri fizik və astronomiya mövzusunda inqilab yaradacaq fikirlər ortaya atan A. Eynşteyn kimi alimlərin kosmos mövuzusunda ortaya atdıqları bir çox nəzəriyyə, müşahidəçilərin kosmos üzərinə verdikləri kəşflərin məntiqli bir şəkildə açıqlamasını təmin etdi.

Kosmos haqqında ilk dəqiq məlumatlar, XIX əsrin sonu ilə XX əsrin əvvəlində, xüsusilə şimal ölkələrində qurulan rəsədxanalar sayəsində əldə edildi. ABŞ-nin Kaliforniya ştatında olan Palomar rəsədxanası, Dünyada mövcud rəsədxanaların ən böyüyüdür. Buradakı reflektorlu teleskopun diametri 5, yüksəkliyi isə 40 metrdir. Bu rəsədxanalarda göy cisimlərinin kütləsi, həcmi, işığın şiddəti və b. fiziki proseslər araşdırılmaqdadır. Praktiki fizikanın inkişaf etdirdiyi tayf (spektr) analizi, kosmosdan gələn işıqlardan, cisimlərin hansı elementlərdən ibarət olduğunu göstərməkdədir.

1932-ci ildə Karl Guthe Jansky adlı bir mühəndisin təsadüf nəticəsində tapdığı kosmosdan gələn radio yayımları, daha sonrakı illərdə radio teleskopların yaranmasına və kosmosun dərinliklərinin dinlənməsinə, bu radio yayımlarının qaynaqlarının və səbəblərinin kəşf edilməsinə yol açdı. İkinci dünya müharibəsi əsnasında almanların inkişaf etdirdiyi V-1 və V-2 silahlı roketləri daha sonrakı illərdə kosmosun kəşfi üçün ediləcək layihələrdə böyük bir addım oldu. 1947–1956-cı illər arasında xüsusilə ABŞ, kosmik çalışmalara böyük önəm verdi. Edilən kosmik uçuş sınaqlarının heç biri kosmik gəminin orbitdə yerləşdirməyi bacara bilmədi. Bu əsnada SSRİ, 1957-ci ildə üç pilləli Vostok raketləri ilə Suputnik adındakı ilk süni peyki Yer ətrafında orbitə yerləşdirərək, kosmik yarışda önə keçdi. Peyklərdən əldə edilən kosmik məlumatlar, canlıların, xüsusilə insanların, kosmosda yaşaya bilmələri üçün hansı şərtlərin yerinə gətirilməsi lazım olmasını ortaya qoydu. Beləliklə "kosmos tibbi" quruldu və inkişaf etdirildi. Kosmosda ilk insan isə 12 aprel 1961-ci ildə SSRİ-nın kosmosa göndərdiyi Yuri Qaqarin oldu. Yeri gəlmişkən, insanların kosmos boşluğuna yerləşmələrini təmin etmək, kosmosu kosmosdan izləmək və Yer üzərində xəbərləşməni asanlaşdırmaq üçün həm minlərlə peyk orbitə yerləşdirildi həm də kosmosun boşluğuna göndərildi. Nəhayət 1969-cu ilin iyun ayında Ayın amerikalı astronavtlar tərəfindən fəth edilməsi, kosmik çalışmalarda ən önəmli addımlardan biri oldu. Günümüzdə kosmos yarışı böyük bir sürətlə davam etməkdədir. Xüsusilə də ABŞ, RusiyaÇin bu yarışda amansız bir rəqibdirlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in